
Erməni tərəfi yanvarın 7-də cəbhədə baş verən döyüşdə bir əsgərin ölümü ilə yanaşı bir yaralının olması faktını açıqlayıb.
“AzeriDefence”nin məlumatına görə, yanvarın 7-də saat 13:30 radələrində cəbhədə Ermənistan Ordusunun əsgəri Vaçe Çilingəryan öldürülüb. Bu gün səhər saatlarında erməni tərəfi ölüm barədə xəbəri yaysa da yaralılarını gizlətməyə çalışıb.
Günorta saatlarında Azərbaycan KİV-lərinin yazmasından sonra erməni tərəfi yaralılar barədə informasiyanı təsdiq edib.
“News.am” saytının verdiyi xəbərə görə, cəbhədə baş verən atışma zamanı yaralananlar leytenant E.Musinyan və onun sürücüsü D.Vanyandır.



