
Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus 20-dən artıq hərbi təyinatlı avtomobil, 40-dan artıq artilleriya qurğusu, 30-dan artıq minaatan, 2 ədəd zenit-raket qurğusu, 6-dan artıq “Martira” radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələri zərərsizləşdirilib.
“Poliqon” xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov keçirilən növbəti brifinqdə deyib.




