
Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağdakı hərbi hissəsində partlayış olub.
“AzeriDefence”nin “News.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə qondarma rejimin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, cəbhənin şimal-şərq istiqamətində yerləşən hərbi hissədə saat 12:10 radələrində tank əlehinə qumbara partlayıb.
Partlayış nəticəsində 1997-ci il təvəllüdlü hərbi qulluqçu Qrant Manqasaryan ölüb. Digər hərbçilərdən Qevork Xyusnuns və Serqey Alumyan qəlpə yaraları alaraq xəstəxanaya yerləşdiriliblər.
İnsidentin başvermə səbəbi haqqında məlumat verilmir.




