Estoniya Ukraynaya “Mistral” DZRK-lər verəcək

Estoniya Ukraynaya “Mistral” DZRK-lər verəcək

Estoniya yeni hərbi yardım çərçivəsində Ukraynaya açıqlanmayan sayda “Mistral” daşınan zenit-raket kompleksləri (DZRK) və raketlər tədarük edəcək.

“Poliqon” xəbər verir ki, bunu Estoniyanın müdafiə naziri Hanno Pevkur açıqlayıb.

Onun sözlərinə görə, yeni yardım paketi Estoniya Müdafiə Qüvvələrinin döyüş hazırlığına və təchizatına zərər vermədən Ukraynaya maksimum fayda verə biləcək şəkildə hazırlanıb.

Həmçinin bax: Ermənistanın Fransadan alacağı “Mistral” DZRK və onun modifikasiyaları – ARAŞDIRMA

CATEGORIES