ETİ və HAVELSAN şirkəti arasında memorandum imzalanıb

ETİ və HAVELSAN şirkəti arasında memorandum imzalanıb

Bakıda keçirilən ADEX və “Securex Caspian” sərgiləri çərçivəsində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu (ETİ) ilə Türkiyənin HAVELSAN şirkəti arasında əməkdaşlığa dair çərçivə sənədi olaraq anlaşma memorandumu imzalanıb.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Bakı Ekspo Mərkəzində baş tutan imzalanma mərasimində ETİ-nin direktoru Mürsəl Əliyev, direktorun birinci müavini Əflatun Məmmədov, HAVELSAN şirkətinin İdarə Heyətinin sədri Hacı Ali Mantar, şirkətin baş direktoru və İdarə Heyətinin üzvü Mehmet Akif Nacar və digər rəsmi şəxslər iştirak ediblər.

Bildirilib ki, bundan öncə ETİ-nin nümayəndə heyəti Türkiyədə HAVELSAN şirkətində olub və onların apardığı işlər haqqında məlumatlar alıblar.

Vurğulanıb ki, bu anlaşma memorandumu iki tərəf arasında əməkdaşlığa başlamaq məqsədilə imzalanan ilkin çərçivə sənədidir. Gələcəkdə qarşılıqlı iş birliyi üçün mövzular müəyyənləşdirilərək növbəti sənədlər imzalanacaq.

Daha sonra əməkdaşlığın ilkin prinsipləri haqda fikir mübadiləsi aparılıb və hər iki tərəf çərçivə sənədi olaraq anlaşma memorandumunu imzalayıb.

FB IMG 1662666118816

FB IMG 1662666120987

FB IMG 1662666123021

Poliqon.az

CATEGORIES