FA-50 qırıcılarının növbəti partiyası Polşaya çatdırılıb

FA-50 qırıcılarının növbəti partiyası Polşaya çatdırılıb

Polşanın Cənubi Koreyadan aldığı FA-50 yüngül təlim/döyüş təyyarələrinin növbəti partiyası artıq ölkəyə çatdırılıb.

“Poliqon” xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşçak özünün “X” hesabında paylaşım edib.

O, Polşa Hərbi Hava Qüvvələrinin (HHQ) ilin sonuna qədər ümumilikdə 12 ədəd FA-50 qırıcısı əldə edəcəyini bildirib.

Qeyd edək ki, cari ilin iyul ayından indiyə kimi istehsalçı “Korea Aerospace Industries” (KAI) şirkəti partiyalar şəklində Polşa HHQ-yə 6 ədəd FA-50 qırıcısı təhvil verib.

Xatırladaq ki, Polşanın Milli Müdafiə Nazirliyi və Cənubi Koreyanın KAI şirkəti arasında 48 ədəd FA-50 təyyarəsinin satın alınmasını nəzərdə tutan müqavilələr ötən ilin sentyabr ayında imzalanıb.

CATEGORIES