FA-50 təyyarəsini uçuracaq polşalı pilotların təlimi başa çatıb
FA-50 yüngül təlim/döyüş təyyarəsini uçuracaq polşalı pilotların ilk qrupu Cənubi Koreyada keçirilən təlimləri tamamlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşçak özünün “Twitter” hesabında paylaşım edib.
O bildirib ki, təlimlərini başa vuran pilotlar tezliklə Polşaya qayıdacaq və Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil veriləcək FA-50 təyyarəsi ilə ölkənin hava məkanında uçuşlara başlayacaq.
Həmçinin bax: Polşa HHQ-nin ilk FA-50 təyyarəsi istehsal xəttindən çıxıb
CATEGORIES Dünya