Fransa Ukraynaya “Mirage 2000” qırıcıları verəcək

Fransa Ukraynaya “Mirage 2000” qırıcıları verəcək

Fransa hərbi yardım çərçivəsində Ukraynanı “Mirage 2000” qırıcıları ilə təmin edəcək.

“Poliqon” xəbər verir ki, bu barədə Fransanın Prezidenti Emmanuel Makron TF1 televiziya kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, “Mirage 2000” qırıcları ilə bağlı bu yay Fransada ukraynalı pilotlara təlim keçiriləcək.

Qeyd edək ki, “Mirage-2000”, 1970-ci illərin sonlarında “Dassault Aviation” şirkəti tərəfindən Fransa Hərbi Hava Qüvvələri (HHQ) üçün yüngül qırıcı olaraq hazırlanıb. O, həmin dövrdə Fransa HHQ-nin aviasiya parkında yer alan “Mirage III” təyyarəsini əvəz edib. 1978-2007-ci illər arasında 10 müxtəlif modifikasiyada 614 ədəd “Mirage 2000” istehsal edilib və daxili ehtiyaclardan başqa 9 ölkəyə ixrac olunub.

CATEGORIES
TAGS