Hərbi dənizçilər “Dəniz kuboku” müsabiqəsində növbəti epizodu yerinə yetiriblər

Hərbi dənizçilər “Dəniz kuboku” müsabiqəsində növbəti epizodu yerinə yetiriblər

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində hərbi dənizçilər “Artilleriya atəşlərinin yerinə yetirilməsi üzrə yarış” mərhələsinin “Dəniz hədəfi üzrə artilleriya atışı” epizodu üzrə tapşırıqları yerinə yetiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, epizodun şərtlərinə əsasən 3000 metr məsafədə yerləşən kiçik ölçülü dəniz hədəflərinə artilleriya atışları yerinə yetirilib.

Hədəfin məhv edilməsi üçün artilleriya qurğularının heyətlərinə 40 ədəd mərmi verilib.

Tapşırığın icrası zamanı dəniz hədəfi kimi xüsusi quraşdırılan gəmi lövhəsindən istifadə olunub.

40debfe1f3d5dfbd68e7e06437d0c452

036b759c2add5ffd2af7315eeb9dbc0b

44d0ad61dc8d0fc7ea8980e1731ae734

Poliqon.az

CATEGORIES