Hindistanda yeni “Pralay” OTR raketi sınaqdan keçirilib

Hindistanda yeni “Pralay” OTR raketi sınaqdan keçirilib

Hindistanın Müdafiə Nazirliyi Müdafiə Araşdırma və İnkişafı Təşkilatı (DRDO) tərəfindən “yer-yer” tipli “Pralay” milli operativ-taktiki raketinin (OTR) uğurlu ilk sınaq buraxılışını elan edib.

“Poliqon”un məlumatına görə, sınaq buraxılışında raket yüksək dəqiqliklə hədəfi vurub.

“Pralay” OTR ölkənin Odişa sahillərində yerləşən Benqal körfəzindəki APJ Abdul Kalam adasındakı sınaq meydançasından atılıb.

Raket bərk yanacaqlı raket mühərriki və yeni texnologiyalardan istifadə etməklə hazırlanmış avadanlıqla təchiz edilir. “Pralay” OTR-nin buraxılış məsafəsi 150-500 km, daşıya biləcəyi faydalı yükün kütləsi 500-1000 kq-dır.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS