HÜRJET təlim təyyarəsi növbəti sınaq uçuşunu yerinə yetirib – VİDEO
Türkiyənin TUSAŞ şirkəti tərəfindən inkişaf etdirilən HÜRJET təlim təyyarəsinin 79-cu uçuş sınağı həyata keçirilib.
“Poliqon” xəbər verir ki, bu barədə TUSAŞ şirkətinin baş direktoru Mehmet Demiroğlu özünün “X” hesabında paylaşım edib.
Paylaşımda bildirilib ki, sınaq zamanı HÜRJET 30 min fut yüksəklikdə 0.9 Mach sürətlə uçub.
HÜRJET, döyüş təyyarəsi pilotlarının hazırlanması üçün nəzərdə tutulmuş tək mühərrikli və tandem oturacaqlı təlim təyyarəsidir. Onun uzunluğu 13.6 m, hündürlüyü 5.1 m və qanad açıqlığı 9.5 metrdir. Maksimum uçuş sürəti 1.4 mach olan təlim təyyarəsinin uçuş tavanı 13-14 km və əməliyyat mənzili 2222 km təşkil edir.