IAI şirkəti LORA-nın havadan buraxılan versiyasını təqdim edib – VİDEO

IAI şirkəti LORA-nın havadan buraxılan versiyasını təqdim edib – VİDEO

İsrailin “Israel Aerospace Industries” (IAI) şirkəti LORA raket sisteminin “hava-səth” versiyasını hazırlayıb.

“Poliqon” IAI-yə istinadən xəbər verir ki, “Air LORA” adlanan raket Almaniyanın Berlin şəhərində keçirilən ILA-2024 sərgisində debüt edib.

IAI şirkətinin özünün rəsmi “YouTube” kanalında “Air LORA” raketi ilə bağlı paylaşdığı videogörüntüdə “Air LORA” raketinin F-16 qırıcısından atış sınaqlarının həyata keçirildiyi görülür. Həmçinin videoda ABŞ-ın “Boeing” şirkəti tərəfindən istehsal edilən P-8A “Poseidon” dəniz patrul təyyarəsi də yer alıb. Bu isə onu deməyə əsas verir ki, “Air LORA” raketi F-16-lar ilə yanaşı, həm də digər təyyarələrdən buraxıla biləcək.

Qeyd edək ki, LORA raket ailəsinin yeni üzvü olan “Air LORA” raketi “səth-səth” təyinatlı LORA əməliyyat-taktiki raket kompleksinin (ƏTRK) əsasında inkişaf etdirilib. Hazırda “səth-səth” təyinatlı LORA ƏTRK Azərbaycan, İsrail və Hindistanın silahlanmasında yer almaqdadır. Bu səbəbdən bir sıra KİV-lər Azərbaycan və Hindistanı “Air LORA” raketinin potensial xarici müştəriləri sırasında göstərir.

Həmçinin bax: Ölkənin çəkindirici gücü – əməliyyat-taktiki raket kompleksləri

CATEGORIES
TAGS