İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində yeni təyinat olub
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə ictimaiyyətlə əlaqələr üzrə yeni menecer təyin olunub.
“Poliqon” xəbər verir ki, bu vəzifə Günel Əhmədovaya həvalə edilib.
G.Əhmədova Azərbaycanda və Böyük Britaniyada İKT, neft-qaz, maliyyə və konsaltinq, ümumdünya ticarəti, enerji sektorları üzrə fəaliyyət göstərən media, strateji kommunikasiya, ictimaiyyətlə əlaqələr, korporativ əlaqələr, böhran kommunikasiyası, media əlaqələri və araşdırma sahələrində təcrübə keçib.
CATEGORIES Xəbərlər