Xəbərlər

İran HDQ-nin ən böyük gəmisi yanaraq batdı – VİDEO

İranın Hərbi Dəniz Qüvvələrinə məxsus “Khark” dəstək gəmisində təlimlər zamanı yanğın baş verib.

“Poliqon” İran mediasına istinadən xəbər verir ki, Oman körfəzində təlim keçən “Khark” dəstək gəmisində baş verən yanğın nəticəsində bütün heyət təxliyə edilib.

İran donanmasının ən böyük gəmisi olan “Khark”ı xilas etmək üçün bütün cəhdlər uğursuz olub. Gəmi, Tehrandan təxminən 1270 kilometr cənub-şərqdə Jask limanında batıb.

İran Hərbi Dəniz Qüvvələrinin açıqlamasına görə, həm dəstək, həm də yeni hərbi qüvvələrin təlimi üçün istismar olunan “Khark” gəmisinin sistemlərindən birində anidən yanğın başlayıb, bütün kursantlar gəmini tərk edərək Jask limanına və fərqli bölgələrə köçürülüb. Bildirilib ki, hadisə nəticəsində ölən yoxdur.

Back to top button