İran müdafiə sənayesinin məhsulları Malayziyada sərgilənib
İran müdafiə sənayesinin istehsal etdiyi məhsullar Malayziyada keçirilən DSA-2024 sərgisində nümayiş olunub.
Bu barədə “Poliqon” “Asian Military Review” saytına istinadən xəbər verib.
Bildirilib ki, İran Müdafiə Nazirliyinin stendində nümayiş etdirilən məhsulların sırasında uzaq mənzilli qanadlı raketlərdən hava hücumundan müdafiə (HHM) sistemlərinə, pilotsuz uçuş aparatlarından (PUA) atıcı silahlara qədər geniş çeşiddə hərbi təyinatlı məmulatlar yer alıb.
İran DSA-2024-də “Shahed 129” və “Shahed 149” PUA-larını nümayiş etdirsə də, Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən istifadə edilən “Shahed 136” pilotsuz uçuş aparatını sərgiyə gətirməyib.