
İran istehsalı olan “Muhacim 92” pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrinin inventarına daxil edilib.
Bu barədə “AzeriDefence” Iranın “Fars” xəbər agentliyinə istinadən məlumat verib.
PUA-nın maxsimum sürəti 150 km/saat, uçuş mənzili 750 km təşkil edir.
Pilotsuz uçuş aparatı 5 saat ərzində fasiləsiz kəşfiyyat apara bilir. “Muhacim 92” HD kamera vasitəsi ilə çəkdiyi görüntüləri online rejimdə idarəetmə mərkəzinə ötürür.



