
İranla Rusiya arasında “Suxoi” aviasiya şirkətinin istehsalı olan “Superjet 100” təyyarələrinin alınmasına dair saziş imzalanıb.
“AzeriDefence”nin məlumatına görə, bunu açıqlamasında İran-Rusiya hökumətlərarası iqtisadi komissiyanın həmsədri, Rusiyanın energetika naziri Aleksandr Novak deyib.
O deyib ki, razılaşmaya əsasən Rusiya İrana 12 ədəd “Superjet 100” təyyarəsinin satılmasını həyata keçirəcək.
Aleksandr Novakın sözlərinə görə, Rusiya İrana İl-114 təyyarəsinin birgə istehsalına başlamaq barədə də təklif irəli sürüb.
Xatırladaq ki, “Superjet 100” (SSJ100) təyyarəsi 98 sərnişin üçün nəzərdə tutulub. Uçuş məsafəsi isə 4,4 min km-dir.




