İranda PUA-lar üçün “hava-hava” tipli yeni raket hazırlanıb

İranda PUA-lar üçün “hava-hava” tipli yeni raket hazırlanıb

İranda reaktiv mühərrikli “Karrar” pilotsuz uçuş aparatı (PUA) “hava-hava” tipli yeni raket ilə silahlandırılıb.

“Poliqon”un “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı briqada generalı Əlirza Səbahifərd açıqlayıb.

O bildirib ki, Hava Hücumundan Müdafiə Qüvvələrinin mütəxəssisləri “yer-hava” tipli “Məcid” raketində bir sıra texniki dəyişikliklər edərək onu “hava-hava” raketinə çeviriblər.

Briqada generalı Ə.Səbahifərdin sözlərinə görə, “Məcid” raketinin “hava-hava” versiyası 8 kilometr mənzilə və müxtəlif hava hədəflərini məhv etmək imkanına sahibdir.

CATEGORIES
TAGS