AerospaceManşetRegion

İrəvandakı Rusiya hərbi bazasında hansı aviasiya vasitələri döyüş növbətçiliyi çəkir?  

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan Ermənistan öz ərazisində Rusiyaya məxsus 102-ci ordu birləşməsini saxlayır.

“AzeriDefence”nin məlumatına görə, Rusiya Silahlı Qüvvələrinin Cənub hərbi dairəsinin tabeliyində olan bu birləşmə Ermənistan ərazisində bir neçə yerdə hərbi bazaya sahibdir. Bunlardan biri də İrəvan şəhəri yaxınlığındakı Erebuni adlanan ərazidəki eyni adlı hərbi aerodromdur.

Burada Rusiya Hərbi-Kosmik Qüvvələrinə (HKQ) məxsus aviasya vasitələri döyüş növbətçiliyi çəkir.

Erebuni hərbi aerodromundakı Rusiya hərbi aviabazasının komandiri, polkovnik Aleksandr Petrovun sözlərinə görə, bu bölmənin məqsədi Rusiya tərəfindən formalaşdırılan MDB Birləşmiş regional Hava Hücumundan Müdafiə Qüvvələri sisteminə daxil olmuş Ermənistanın hava məkanını qorumaqdan ibarətdir.

O bildirib ki, hazırda aviabazada Rusiya HKQ məxsus MiQ-29 döyüş təyyarələri, Mi-8MT və Mi-24P döyüş helikopterləri dislokasiya olunub. Aviabazanın komandiri onu da əlavə edib ki, Ermənistanın ərazisi böyük olmadığından burada təyyarələrin döyüş növbətçiliyi – uçuşları aparması çox çətin deyil.

Xatırladaq ki, eskadriliya 10-dan artıq Mi-24 və Mi-8 helikopterlərindən ibarətdir. Rusiya Ermənistandakı Hazırda hərbi bazanın istifadəsində “Navodçik-2”, “Qranat”, “Zastava”, “Orlan-10” və “Leer” pilotsuz uçuş aparatları (PUA) mövcuddur.  Yeni PUA ətraf ərazidə, əsasən dağlıq bölgədə müşahidə-kəşfiyyat işlərini həyata keçirir.

Hərbi bazanın silahlanmasına «Perunit», «Qrot» və «Briz» tipli naviqasiya sistemləri də daxil edilib. Adıçəkilən cihazlar QLONASS və GPS naviqasiya sistemlərini dəstəkləyir. Geniş tezlik diapazonuna malik bu naviqasiya vasitələri koordinatların təyinində ən böyük dəqiqliyə və qida mənbələrinin artırılmış resursuna malikdir. Naviqatorlar sərt temperaturlarda aktiv rejimdə 12 saata qədər işləməyi bacarır.

orlan10 3
Qeyd edək ki, Rusiya və Ermənistan Birləşmiş regional Hava Hücumundan Müdafiə Qüvvələri sistemlərinin birgə idarəçiliyinə dair saziş imzalayıb. Ermənistan Türkiyə ilə Rusiya arasında baş verən “Su-24” hadisəsindən sonra tez-tələsik Moskvanın bu istəyini qəbul etdi.

Bu müdafiə sisteminin yaradılması ilə bağlı MDB ölkələri arasında ilkin razılaşma sənədi 1995-ci ildə Almatıda imzalanıb. Lakin bu günə qədər proses çox ləng gedib. 2013-cü ilə qədər bu sazişi yalnız Belarus imzalamışdısa, Ukrayna məsələsində Qərblə yaranan gərginlikdən sonra Qazaxıstan da bu sənədə imza atdı. Artıq Qırğızıstanın və Tacikistanın da bu sazişə imza atması və hava məkanını dolayısı ilə Rusiyanın ixtiyarına verməsi üçün rəsmi Moskva müraciətləri artırıb.

Qeyd edək ki, 102 saylı hərbi baza MDB-nin birləşmiş Hava Hücumundan Müdafiə sistemi çərçivəsində fəaliyyət göstərir. 2010-cu ildə Ermənistanla Rusiya arasında imzalanan müqaviləyə əsasən bazanın dislokasiya müddəti 2044-cü ilə qədər uzadılıb. Baza C-300 zenit-raket kompleksi ilə də təchiz edilib.

Bazanın şəxsi heyətinin sayı 5 mindən artıqdır.

 

 

Back to top button