HavaXəbərlər

İsrail 200 milyon dollar dəyərində aviasiya sursatı sifariş edib

İsrail Müdafiə Nazirliyi ölkənin döyüş hazırlığını gücləndirmək məqsədilə “Elbit Systems” şirkətinə ümumi dəyəri 200 milyon ABŞ dollarından çox olan aviasiya sursatı sifariş edib.

Bu barədə “Poliqon” İsrail Müdafiə Nazirliyinə istinadən xəbər verib.

Bildirilib ki, İsrail MN-in Müdafiə Satınalmaları İdarəsi (DPD) tərəfindən verilən çoxillik sifarişlər qısa müddətli döyüş ssenarilərinə hazırlığın artırılması və qarşıdakı illərdə təhlükəsizlik mühitinin daha da gərginləşməsi ehtimalına qarşı yönəlib.

Sursatların istehsalı “Elbit Systems” şirkətinin İsrail ərazisində yerləşən müxtəlif müəssisələrində həyata keçiriləcək.

Back to top button