Sənaye
İsrailin yeni zenit raket kompleksi – ABISR

“Israel Aerospace Industries” (IAI) şirkəti ABISR adlı yeni zent raket kompleksi (ZRK) yaradıb.
“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, orta mənzilli ABISR-ın yaradılması prosesinə 2006-cı ildən başlanılıb.
Kompleks yerüstü dislokasya üçün nəzərdə tutulsa da, gəmiyə də inteqrasiyası mümkündür.
ABISR-ın sursatının uzunluğu 4,5 m, diametri 227 mm, döyüş bölməsi 23 kq-dır.
ABISR-in ilk sifarişçilərinin Hindistan olduğuna dair də xəbər yayılıb. ZRK-nın Hindistan istehsalı olan “Tata” üzərinə inteqrasiya edildiyi də yayılan fotolardan bəlli olub.



