İsveç Litvaya MSHORAD sistemləri tədarük edəcək

İsveç Litvaya MSHORAD sistemləri tədarük edəcək

İsveçin “Saab” şirkəti Litvanın Müdafiə Nazirliyindən mobil qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin (Mobile Short Range Air Defence – MSHORAD) tədarükü üçün sifariş alıb.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, sifarişin dəyəri təxminən 1.3 milyard SEK (123.1 milyon ABŞ dolları) təşkil edir və MSHORAD sistemlərinin çatdırılması 2025-2027-ci illər ərzində həyata keçiriləcək.

Sifarişə əsasən, “Saab”, MSHORAD-ları ABŞ-ın “Oshkosh Defense” şirkəti tərəfindən istehsal olunan JLTV nəqliyyat vasitələrinə inteqrasiya edərək təhvil verəcək.

Qeyd edək ki, “Saab”ın MSHORAD sistemi “Giraffe 1X” radarına əsaslanan mobil radar blokundan və RBS 70 NG daşınan zenit raket kompleksinə (DZRK) əsaslanan mobil atəş bölməsindən ibarətdir. Bu sistemin tərkibinə daxil olan bütün elementlər “Saab”ın hava hücumundan müdafiə komanda və idarəetmə həlli GBAD C2 ilə əlaqələndirilir.

CATEGORIES