
K9 özüyeriyən haubitsaların və K2 tankların növbəti partiyası Polşaya çatdırılıb
Cənubi Koreya istehsalı olan K9 özüyeriyən haubitsaların və K2 əsas döyüş tanklarının növbəti partiyası bu gün səhər Polşanın Qdinya limanına çatdırılıb.
“Poliqon” xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşçak özünün “Twitter” hesabında paylaşım edib.
Nazir bildirib ki, onlardan 12 ədədi K9 özüyeriyən haubitsa və 5 ədədi K2 əsas döyüş tankıdır.
- K9
- K2
CATEGORIES Dünya