Litva ABŞ-dan M142 HIMARS sistemləri almaq istəyir

Litva ABŞ-dan M142 HIMARS sistemləri almaq istəyir

Litva Müdafiə Nazirliyi ABŞ-dan 8 ədəd M142 HIMARS yaylım atəşli reaktiv sistem (YARS) satın alacaq.

“Poliqon” xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvydas Anusauskas “Baltic News Service” agentliyinə açıqlamasında deyib.

Arvydas Anusauskas bildirib ki, ABŞ ilə Litva arasında HIMARS-ların alınmasıyla bağlı müqavilənin cari ilin dekabrına qədər imzalanması planlaşdırılıb. Həmçinin alınacaq YARS-ların 2025-ci ilə kimi Litva Ordusuna təhvil verilməsi nəzərdə tutulub.

M142 HIMARS (High Mobility Artillery Rocket System) şassi kimi 6×6 təkər formullu M1140 FMTV taktiki yük avtomobilindən istifadə edir. Buraxma qurğusu 1996-2000-ci illərdə “Lockheed Martin” şirkəti tərəfindən layihələndirilib, 2003-cü ildən etibarən “Lockheed Martin” və “BAE Sysyems” şirkətləri tərəfindən istehsal olunur.

O, 6 ədəd MLRS (M270 Multiple Launch Rocket System) tipli reaktiv mərminin və ya 1 ədəd ATACMS tipli taktiki raketin buraxılmasını təmin edir. Atış məsafəsi döyüş sursatının növündən asılı olaraq 2-300 km arasında dəyişir. PrSM (Precision Strike Missile) yüksək dəqiqlikli raketlə atış məsafəsi 500 km-dir.

Buraxma qurğusu heyət komandiri, operator və sürücü olmaqla 3 nəfərdən ibarətdir.

Poliqon.az

CATEGORIES
TAGS