MEMATT-lar NFT texnologiyası ilə lisenziyalaşdırılıb

MEMATT-lar NFT texnologiyası ilə lisenziyalaşdırılıb

Türkiyənin ASFAT şirkəti MEMATT mexaniki minatəmizləmə maşınlarını ilk dəfə NFT texnologiyası ilə lisenziyalaşdırıb.

Bu barədə “Poliqon”a ASFAT şirkətindən məlumat verilib.

Şirkət NFT kolleksiyasını yaratmaqdan öncə MEMATT-ın rəqəmsal məzmununa müəlliflik hüququ lisenziyalarını yerləşdirməklə Web3 texnologiyasında öz yerini tutub.

Layihələndirilmiş NFT-lər arasında Azərbaycan, Burkina Faso və Toqo kimi ölkələrə ixrac edilən dünyanın aparıcı mexaniki minatəmizləmə cihazlarından sayılan MEMATT-ın 3 vizual işi mövcuddur. Kolleksiyanın yaxın günlərdə yenilənəcəyi və Web3 texnologiyasına digər ASFAT layihələrinin də daxil edilməsi üçün işlərə başlanıldığı açıqlanıb.

NFT texnologiyası “non-fungible tokens’’, yəni “dəyişməz, bənzərsiz tokenlər” mənasını verən foto, dizayn, video, audio və sənəd tipli faylların mülkiyyət hüquqlarını lisenziyalaşdıraraq “blokçeyn” sisteminə emal etməyə imkan verir, həmçinin aparılmış tədqiqatlar bir-birini əvəz edə bilmədiyi və ya kopyalanmadığı üçün rəqəmsal dünyada orijinallıq və mülkiyyət hüququ qorunmuş sayılır.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS