MN: Azad olunan ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilir – VİDEO

MN: Azad olunan ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilir – VİDEO

Azərbaycanın Prezidenti İlham Əliyevin tapşırığına əsasən azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil edilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, çətin relyefli və sərt iqlim şəraitli ərazilərdə gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, döyüşə hazırolma  vəziyyətinin yüksək səviyyədə saxlanılması istiqamətində zəruri tədbirlər görülür.

Dəqiqləşdirilmiş döyüş mövqelərində xidmət edən hərbi qulluqçularımız istənilən təxribatın qarşısını almağa hər an hazırdırlar.

Poliqon.az

CATEGORIES
TAGS