MN: Laçında mövqelərimiz atəşə tutulub

MN: Laçında mövqelərimiz atəşə tutulub

Aprelin 8-si saat 23:35-dən 23:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xoznavar, Xanazax, Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Sadınlar, Hüsülü, Malıbəyli və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a bildirilib ki, qeyd olunan bütün istiqamətlərdə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

CATEGORIES