Modernləşdirilən ilk Tu-160M bombardmançısının dövlət sınaqları başlayıb
Modernləşdirilən ilk Tu-160M strateji bombardmançı təyyarənin Rusiya Müdafiə Nazirliyinin ekipajları və tərtibatçı şirkət tərəfindən həyata keçirilən dövlət birgə sınaqları başlayıb.
Bu barədə “Poliqon” “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətinə istinadən xəbər verib.
Bildirilib ki, “Birləşmiş Aviasiya Korporasiyası”nın “Tupolev” şirkəti tərəfindən modernləşdirilən Tu-160M, müasir silahlar, elektron müharibə sistemi, eləcə də qabaqcıl bort elektron avadanlıqları ilə təmin edilib.
Bundan başqa, Tu-160M modernləşdirmə nəticəsində yeni NK-32-02 mühərriki ilə təchiz olunub.
Qeyd edək ki, hazırda Rusiya Aerokosmik Qüvvələrinin invertarındakı Tu-160 bombardmançılarının Tu-160M səviyyəsinə modernləşdirilməsi ilə yanaşı, əlavə 50 ədəd Tu-160M2 təyyarəsinin istehsalı da nəzərdə tutulub.