MSN ETİ ilə “Lentatek” müdafiə və təhlükəsizlik sahəsində birgə layihələr həyata keçirəcək

MSN ETİ ilə “Lentatek” müdafiə və təhlükəsizlik sahəsində birgə layihələr həyata keçirəcək

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu (ETİ) ilə Türkiyənin “Lentatek” şirkəti müdafiə və təhlükəsizlik sahəsində birgə layihələr həyata keçirəcək.

“Lentatek”dən “Poliqon”a verilən məlumata görə, bununla bağlı MSN ETİ və şirkət arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, tərəflər batareya ilə çalışan mini pilotsuz uçuş aparatları (PUA) daxil olmaqla “Yanacaq Elementi Texnologiyaları və Rəqəmsal Hərbi Sağlamlıq Həlləri”, habelə müdafiə və təhlükəsizlik sahəsində öz resursları hesabına “Ar-Ge” (araşdırma-inkişaf)  fəaliyyətləri yerinə yetirəcəklər.

Həmçinin əməkdaşlıq çərçivəsində “Lentatek” şirkətinin “Hidrogen və Yanacaq Elementi Texnologiyaları” və PUA sahəsindəki qabiliyyətlərini ETİ ilə birlikdə reallaşdıracağı işlərə ötürülərək “Yanacaq Elementli Mini Pilotsuz Uçuş Aparatı”nın inkişafı üçün “Ar-Ge” fəaliyyətinin aparılması hədəflənib. Bu layihələrin hər iki ölkənin mühəndislərinin birgə səyi ilə həyata keçirilməsi planlaşdırılıb.

“Lentatek” hazırladığı ” Rəqəmsal Hərbi Sağlamlıq Həlləri” ilə münaqişə mühitində hərbi personalın bütün sağlamlıq parametrlərinin, vəziyyətinin və buna uyğun fəaliyyətlərin elektron əlaqə ilə dəqiq və təhlükəsiz şəkildə bir yerdən digərinə ötürülməsini təmin edir. “Lentatek” bu sahədəki bacarıqları ilə ilk dəfə beynəlxalq şəkildə əməkdaşlıq göstərəcək.

Poliqon.az

CATEGORIES
TAGS