Xəbərlər

Müdafiə Nazirliyinin rəhbərliyi Böyük Vətən müharibəsində həlak olanların xatirəsini yad edib

Mayın 9-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini ziyarət ediblər.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətin məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi abidə önünə gül dəstələri qoyub, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqın igid oğullarının xatirəsini dərin ehtiramla yad ediblər.

Back to top button