Müdafiə naziri “Baykar” şirkətinin texniki direktoru ilə görüşüb

Müdafiə naziri “Baykar” şirkətinin texniki direktoru ilə görüşüb

Aprelin 3-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edən nazir bu əlaqələrin zaman keçdikcə daha da inkişaf etdiyini və gücləndiyini bildirib.

Ölkə rəhbərlərinin dostluq münasibətlərinin hər iki dövlət arasında əlaqələrin inkişafında mühüm rol oynadığı xüsusi vurğulanıb.

S.Bayraktar bu cür görüşlərin qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Sonda müdafiə naziri S.Bayraktarı “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edib.

Poliqon.az

CATEGORIES