Xəbərlər
Müdafiə naziri türkiyəli həmkarı ilə görüşüb

Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 25-də Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə görüşüb.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.




