Müdafiə Nazirliyinin rəhbər heyəti IDEF-2023 sərgisinin açılış mərasimində iştirak edib
İyulun 25-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti İstanbul şəhərində keçirilən IDEF-2023 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin açılış mərasimində iştirak edib.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirliyin rəhbər heyəti sərgidə ASELSAN, “Roketsan”, DEARSAN və digər şirkətlərin stendlərində nümayiş etdirilən silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənov, həmçinin Türkiyənin Texnologiya naziri cənab Mehmet Fatih Kacır ilə görüşüb.
Görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb və qarşılıqlı hədiyyələr təqdim edilib.