Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib – VİDEO

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib – VİDEO

Silahlı Qüvvələr Günü münasibətilə iyunun 26-da Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, əvvəlcə xalqın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi hörmət və ehtiramla anılıb.

Sonra Şəhidlər xiyabanına gələn nazirliyin rəhbər heyəti ölkənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş Azərbaycan vətəndaşlarının məzarlarını ziyarət edərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib.

Bütün şəhidlərin ruhu dərin hörmət və ehtiramla anılıb.

Poliqon.az

CATEGORIES
TAGS