Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib – VİDEO

Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib – VİDEO

8 Noyabr – Zəfər Gününün üçüncü ildönümü ilə əlaqədar Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Ölkənin müstəqilliyi və ərazi bütövlüyünün bərpası, tarixi torpaqların işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükut yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ziyarət çərçivəsində şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.

Həmçinin hərbi qulluqçular şəhid ailələri və onların yaxınları görüşüb, qayğıları ilə maraqlanıblar.

CATEGORIES