Müharibədən sonrakı dövrdə azad edilmiş ərazilərdə DTX-nin keçirdiyi antiterror əməliyyatları məlum olub
Müharibədən sonrakı dövrlərdə ağır məğlubiyyətdən dərs çıxarmayan erməni silahlı birləşmələri təxribatlar törətməyə cəhd edib.
“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin “Azərbaycan” qəzetində dərc olunan məqaləsində qeyd edilib.
Əli Nağıyev bildirib ki, erməni silahlı birləşmələrinin törətdiyi təxribatların qarşısının alınması məqsədilə 2020-ci ilin dekabr ayında Xocavənd rayonunun Hadrut qəsəbəsində və 2022-ci ilin mart ayında Xocalı rayonunun Fərrux yüksəkliyində DTX-nin xüsusi təyinatlı qüvvələrinin uğurlu antiterror əməliyyatları keçirilib.
“Həmçinin 2021-ci ilin may ayında Kəlbəcər rayonunun Dəmirdağ yüksəkliyində Azərbaycan Ordusunun təminat yollarını minalayan Ermənistanın kəşfiyyat-diversiya qrupunun terrorçuluq fəaliyyətinin qarşısının alınması əməliyyatı da xüsusilə qeyd edilməlidir”, – deyə DTX rəisi vurğulayıb.