NATO koalisiyasında C4ISR sistemlərinə maraq artıb
NATO koalisiyası və Avropa bazarında həm hərbi, həm də mülki səviyyədə komanda, nəzarət, kommunikasiya və kompüter (C2), məlumat, müşahidə və kəşfiyyat (C4ISR) sistemlərinə maraq artıb. “AzeriDefence”nin məlumatına görə, bu barədə “Frost & Sullivan” şirkətinin hazırladığı analizdə bildirilib.
“Avropa C4ISR Bazarının Qiymətləndirməsi” adlanan analizə görə, Avropa bazarında 2011-ci ildə bu sistemlərin alınmasına 13.70 mlrd. ABŞ dolları vəsait xərclənib. 2020-ci ilədək bazarın həcmi 15.02 mlrd. dollara yüksələcək. Hazırda bazarın illik böyüməsi 1.02% təşkil edir.
“C2 sistemləri 2011-2020-ci illərdə Avropada ən cazibədar sektoru olacaq”, -deyə şirkətin analitiki Sabbir Əhməd bildirib.
CATEGORIES Sənaye