
Azərbaycan Respublikasının Nazirlər Kabineti Müdafiə Sənayesi Nazirliyinin (MSN) kollegiyasının yeni tərkibini təsdiqləyib.
Bu barədə “AzeriDefence”yə məlumat Nazirlər Kabinetinin mətbuat xidmətindən verilib.
Nazirlər Kabinetinin qərarı ilə MSN Aparatının hərbi-texniki əməkdaşlıq şöbəsinin müdiri Rəmzi Əbil oğlu Şükürov yeni tərkibdə olan kollegiyanın üzvü təyin olunub.



