Norveç Ordusunun “Bell 412” helikopterləri təkmilləşdiriləcək

Norveç Ordusunun “Bell 412” helikopterləri təkmilləşdiriləcək

Norveç hökuməti Orduya məxsus 9 ədəd “Bell 412” çoxməqsədli helikopterini təkmilləşdirəcək.

“Poliqon” Norveç Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təkmilləşdirmə nəticəsində helikopterlərin xidməti ömrü 15 il artacaq.

Bildirilib ki, “Bell 412”lərin təkmilləşdirilməsi ilə bağlı işlərin 2025-ci ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub.

Həmçinin, Norveç hökuməti Silahlı Qüvvələrin xüsusi təyinatlıları üçün yeni helikopterlərin alınmasını da planlaşdırır.

Çoxməqsədli helikopter olan “Bell 412” ABŞ-ın “Bell Textron” şirkəti tərəfindən istehsal edilir. Onun mülki, axtarış-xilasetmə və hərbi personalların daşınması üçün nəzərdə tutulan variantları mövcuddur. Helikopterin hərbi təyinatlı versiyası 14 tam təchizatlı personalı daşımaq imkanına malikdir. “Bell 412”nin maksimum uçuş sürəti 230 km/saat, mənzili 672 km və maksimum qalxış ağırlığı 11900-12200 kiloqramdır.

Qeyd edək ki, hazırda Azərbaycan Silahlı Qüvvələrinin aviasiya parkında da 4 ədəd “Bell 412” helikopteri yer almaqdadır. Onlar Azərbaycanda geniş ictimaiyyətə ilk dəfə 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda nümayiş etdirilib.

Poliqon.az

CATEGORIES
TAGS