Növbəti Su-34 qırıcı-bombardmançı təyyarələri sifarişçiyə çatdırılıb

Növbəti Su-34 qırıcı-bombardmançı təyyarələri sifarişçiyə çatdırılıb

“Birləşmiş Aviasiya Korporasiyası” (OAK) Su-34 qırıcı-bombardmançı təyyarələrinin növbəti partiyasını Rusiya Müdafiə Nazirliyinə təhvil verilib.

“Poliqon” “Birləşmiş Aviasiya Korporasiyası”na istinadən xəbər verir ki, 2025-ci ilin dövlət sifarişi çərçivəsində istehsal olunan bu təyyarələr Rusiya Hava-Kosmik Qüvvələrinin operativ-taktiki aviasiya parkını daha da gücləndirib.

Qeyd edilib ki, yeni Su-34-lər zavod sınaqlarından keçdikdən və müxtəlif iş rejimlərində yoxlanıldıqdan xidmət yerlərinə uçublar.

“OAK-ın ən mühüm vəzifələrindən biri Rusiya Müdafiə Nazirliyinin ehtiyaclarını ödəmək üçün hərbi məhsulların tədarüküdür. Aviasiya texnikasının istehsal tempini yüksək səviyyədə saxlayırıq. Bu il döyüş təyyarələrinin istehsal həcmini daha da artırmağı planlaşdırırı”, – deyə OAK-ın baş direktoru Vadim Badexa bildirib.

CATEGORIES
TAGS