“Otokar”ın “Arma 8×8” zirehli transportyorunun Qazaxıstanda sınaqları davam edir – FOTO/VİDEO

“Otokar”ın “Arma 8×8” zirehli transportyorunun Qazaxıstanda sınaqları davam edir – FOTO/VİDEO

Türkiyənin “Otokar” şirkəti tərəfindən yerli imkanlar hesabına dizayn və istehsal edilən “Arma 8×8” zirehli nəqliyyat vasitəsinin Qazaxıstanda keçirilən sınaqları davam edir.

“Poliqon” Qazaxıstan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Nazirliyin rəhbərliyi altında bu günə qədər keçirilmiş sınaqlar uğurla nəticələnib.

arma 8x8 4Qazaxıstanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Nazirlik təkərli zirehli nəqliyyat vasitələri bazarının araşdırılması məqsədilə “Arma”nı test edir. “Arma 8×8” zirehli maşının və üzərinə quraşdırılmış ASELSAN şirkətinin istehsalı olan “Nefer” döyüş modulunun sınaqları Karaqanda vilayətindəki poliqonda keçirilir.

2020-ci ilin mart ayından başlayaraq bütün fəsillərdə, müxtəlif hava və ərazi şərtlərində “Arma” zirehli maşının hərəkət qabiliyyəti yoxlanıb, gecə və gündüz vaxtı “Nefer” döyüş modulundan praktiki atış sınaqları keçirilib. Bu günə qədər “Arma”nın sınaqdan uğurla keçdiyi və tələblərə uyğunluğu Qazaxıstan tərəfində yaradılmış işçi qrupa bildirilib. Sınaqlarda ordunun nümayəndələri ilə yanaşı Qazaxıtanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin nümayəndələri də iştirak ediblər.

“Arma 8×8” üstün taktiki və texniki xüsusiyyətlərə sahib modulyar, çox funksiyalı təkərli zirehli nəqliyyat vasitəsidir. Üstün manevr qabiliyyəti, yüksək mina və ballistik qoruması, orta və yüksək çaplı silah sistemləri ilə inteqrasiya variantları sayəsində “Arma” ən çətin ərazi və iqlim şəraitində, döyüş əməliyyatlarında xidmət edə bilir. “Arma” yüngül pulemyotla silahlandırılmış döyüş modullarından 25-30 mm orta çaplı toplar və 105 mm topa qədər müxtəlif silah sistemlərinin inteqrasiyası üçün uyğundur.

336 at gücündəki 6 slindirli, su soyutmalı turbo dizel mühərriklə təchiz edilən zirehli nəqliyyat vasitəsinin döyüş ağırlığı 24 tondur. Maşının yanacaq deposu 400 litr, maksimum sürəti 105 km/saat, suda sürəti 8 km/saat, gediş ehtiyyatı 700 km təşkil edir. “Arma” 8×8 transportyoru komandir və sürücü daxil olmaqla 12 personal daşımaq imkanına sahibdir. Personalın oturacaqları yaralanmaya qarşı xüsusi olaraq hazırlanıb.

arma 8x8 5

Verilən məlumata görə, 7.62 mm-lik pulemyot və 30 mm-lik 2A42 avtomatik top ilə komplektləşdirilən “Nefer” döyüş modulu Qazaxıstan Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün xüsusi olaraq hazırlanıb. Məsafədən idarə olunan “Nefer” döyüş modulu zirehli nəqliyyat vasitələrinə inteqrasiya edilərək düşmənin yüngül zirehli texnikalarını və canlı qüvvələrini məhv etmək üçün nəzərdə tutulub. 6×6, 8×8 tırtıllı və ya təkərli nəqliyyat vasitələrinə quraşdılıra bilən “Nefer” həm NATO, həm də Rusiya mənşəli silahların istifadəsinə imkan verən dizayna malikdir.

Qeyd edək ki, Qazaxıtan silahlı qüvvələri ötən ildə Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafının Nazirliyinin nümayəndələrinin iştirak ilə “Arma” 8×8 zirehli maşının test edib. Bundan əvvəl Qazaxıstanda Fransanın “Nexter” və İtaliyanın “İveco” şirkətlərinin istehsalı olan zirehli döyüş maşınları sınaqlara təqdim olunsa da, sərt qış şərtlərində həmin maşınlar istənilən performansı göstərə bilməyib.

arma qazax 1

arma 8x8 3

 

Poliqon.az

CATEGORIES
TAGS