“Pilatus Aircraft”a Hindistan və Səudiyyə Ərəbistanından sifarişlər

İsveçrənin “Pilatus Aircraft” şirkəti son üç gündə ard arda Hindistan və Səudiyyə Ərəbistanından böyük sifarişlər almaqla fəaliyyət tarixində rekorda imza atıb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Pilatus Aircraft” şirkəti saytında məlumat yayıb.

Mayın 24-də açıqlanmış məlumata görə, şirkət Hindistanla 75 ədəd PC-7 MkII turboprop tipli təyyarənin alqı-satqısına dair 500 milyon İsveçrə frankı dəyərində müqavilə imzalayıb. Müqaviləyə təlimin verilməsi və logistik dəstəyin göstərilməsi də daxildir.

Bu gün açıqlanmış ikinci məlumatda isə şirkətin Səudiyyə Ərəbistanından 55 ədəd PC-21 tipli təyyarənin çatdırılmasına dair sifariş aldığı qeyd edilib.

KATEQORIYA: