DənizXəbərlər

PNS KHAIBAR korveti Pakistan HDQ-nin istismarına qəbul edilib

ASFAT şikətinin baş podratçılığı ilə inşa olunmuş PNS KHAIBAR korveti Pakistan Hərbi Dəniz Qüvvələrinin (HDQ) istismarına qəbul edilib.

“Poliqon” Pakistan HDQ-yə istinadən xəbər verir ki, bu münasibətilə ölkənin Karaçi şəhərində mərasim keçirilib.

Mərasimdə çıxış edən Pakistan HDQ-nin komandanı Nəvid Əşrəf, dəniz kommunikasiya xətlərinin və maraqlarının qorunması üçün güclü, balanslı və texnoloji cəhətdən inkişaf etmiş donanmanın vacibliyini vurğulayıb.

O bildirib ki, ən müasir platformaların və xüsusi texnologiyaların donanmaya daxil edilməsi Pakistan Hərbi Dəniz Qüvvələrinə düşmənin kritik infrastrukturunu və dəniz aktivlərini hədəfə almaq imkanı verir.

Komandanın sözlərinə görə, PNS KHAIBAR və yaxın gələcəkdə istismara qəbul ediləcək HANGOR sinifli sualtı qayıqlar donanmanın döyüş gücünü və fəaliyyət radiusunu daha da artıracaq.

Qeyd edək ki, PNS KHAIBAR korveti PN MILGEM layihəsi çərçivəsində ASFAT şirkətinin baş podratçılığı ilə inşa olunub. PN MİLGEM layihəli gəminin uzunluğu 108.2 m, eni 14.8 m və su basımı 2985 ton təşkil edir. 142 personalı daşımaq qabiliyyətinə malik gəminin sürət 26+ knot, əməliyyat məsafəsi isə 4000 dəniz milidir. Gəmi 1 ay ərzində bazadan uzaqda əməliyyat aparmaq imkanına sahibdir.

Back to top button