Polşa Ordusu yaxın günlərdə K2PL tanklarının ilk partiyasını təhvil alacaq

Polşa Ordusu yaxın günlərdə K2PL tanklarının ilk partiyasını təhvil alacaq

Cənubi Koreyanın “Hyundai Rotem” şirkəti Polşa Ordusuna təhvil veriləcək K2PL tanklarının ilk partiyasının istehsalını yekunlaşdırıb.

“Poliqon” xəbər verir ki, bununla bağlı Polşanın müdafiə naziri Mariuş Blaşçak özünün rəsmi “Twitter” səhifəsində paylaşım edib.

Paylaşımda bildirilib ki, hazırda istehsalı tamamlanan 10 ədəd K2PL tankı yaxın günlərdə Cənubi Koreyadan Polşaya doğru yola salınacaq və bunlarda K9 özüyeriyən artilleriya qurğuları (ÖAQ) kimi şərq cəbhəsindəki qoşunların silahlanmasına veriləcək.

Xatırladaq ki, Polşa Müdafiə Nazirliyi və “Hyundai Rotem” şirkəti arasında 180 ədəd K2PL tankının alqı-satqısını nəzərdə tutan müqavilə cari ilin avqust ayında imzalanıb. Dünən Polşa Ordusuna çatdırılmasına başlanan K9 ÖAQ-lar kimi K2PL tanklarınında tədarükünün vaxtından əvvəl yekunlaşacağı ehtimal edilir.

“Hyundai Rotem” şirkəti 2020-ci ildə K2 “Black Panther” tankının K2PL ixrac versiyası nümayiş etdirib.

120 mm-lik topla silahlandırlan tank 40 ədəd sursat daşıya, düz yolda maksimum 70 km/saat, ərazidə isə 50 km/saat sürətlə hərəkət edə bilir. Həmçinin 7.62 mm-lik pulemyot və 12.7 mm-lik ağır pulemyot ilə təchiz edilən tankın çəkisi 55 tondur.

Qeyd edək ki, K2PL “Black Panther” tankı Polşa Silahlı Qüvvələrinin zirehli tank ehtiyaclarını qarşılamaq məqsədilə həyata keçirilən “Wilk” proqramı çərçivəsində Polşa Ordusuna təklif olunub. K2PL Polşa Ordusunun texnika parkında yer alan T-72M1 və PT-91 “Twardy” tanklarını əvəz edəcək.

Poliqon.az

CATEGORIES
TAGS