Polşa Ordusuna yüz minlərlə artilleriya sursatı tədarük oluncaq

Polşa Ordusuna yüz minlərlə artilleriya sursatı tədarük oluncaq

Polşa Ordusuna böyük sayda 155 mm-lik artilleriya sursatı tədarük oluncaq.

“Poliqon” “Polska Grupa Zbrojeniowa” (PGZ) konserninə istinadən xəbər verir ki, bunun üçün PGZ-AMUNICJA konsorsiumu və Polşanın Silahlanma Agentliyi arasında saziş imzalanıb.

Bildirilib ki, sazişdə PGZ-AMUNICJA tərəfindən Polşa Ordusuna 155 mm-lik artilleriya sursatının tədarük edilməsi ilə yanaşı, gələcəkdə müxtəlif növ 120 mm-lik döyüş sursatının təmin olunması üçün icra müqavilələrinin bağlanması da nəzərdə tutulub.

Bununla bağlı fikirlərini bölüşən Polşanın milli müdafiə naziri Mariuş Blaşçak, ordu üçün böyük miqdarda sursatın sifariş edilməsindəki səbəbi açıqlayıb: “Nə üçün bizə böyük miqdarda sursat lazımdır? Çünki Ukraynada hər gün on minlərlə sursat (artilleriya mərmisi) istifadə olunur. Buna görə də sifarişimiz yüz minlərlədir”.

Nazir qeyd edib ki, sözügedən saziş Polşanın müdafiə sənayesinə istehsal gücünü artırmağa imkan verəcək.

Poliqon.az

CATEGORIES