Polşa təlimlərin keçirilməsi üçün HIMARS Akademiyası yaratmaq istəyir

Polşa təlimlərin keçirilməsi üçün HIMARS Akademiyası yaratmaq istəyir

Polşanın Milli Müdafiə Nazirliyi HIMARS (High Mobility Artillery Rocket System) yaylım atəşli reaktiv sistemdən (YARS) istifadə edəcək şəxsi heyətə lazımi təlimlərin keçirilməsi üçün ölkədə HIMARS Akademiyası yaratmaq istəyir.

“Poliqon” xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşçak özünün “Twitter” hesabında paylaşım edib.

Paylaşımda məsələ ilə əlaqədar müzakirələrin aparılacağı və ilk HIMARS YARS-ların Polşa Silahlı Qüvvələrinə bu ilin sonunda çatdırılacağı bildirilib.

Xatırladaq ki, ABŞ hökuməti cari ilin fevral ayında Polşa Silahlı Qüvvələrinə təxmini dəyəri 10 milyard dollar olan 500 ədəd HIMARS YARS satışını təsdiqləyib.

Poliqon.az

CATEGORIES
TAGS