
Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir qrup hərbi qulluqçusunun təltif edilməsi barədə sərəncamlar imzalayıb.
“AzeriDefence”nin Prezidentin saytına istinadən verdiyi məlumata görə, DTX-nin hərbi qulluqçuları polkovnik Rəşad Həmzəyev və İmran Tağı-zadəyə general-mayor ali hərbi rütbəsi, ədliyyə polkovniki Həsən Mansurova isə ədliyyə general-mayoru ali hərbi rütbəsi verilib.
Dövlət başçısının digər sərəncamı ilə, Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə DTX-nin 2 hərbi qulluqçusu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 5 hərbi qulluqçusu “Vətən uğrunda” medalı, 3 hərbi qulluqçusu “İgidliyə görə” medalı, 9 hərbi qulluqçusu isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.



