Prezident İlham Əliyev: Ermənistan işğal dövründə bir milyondan çox mina basdırıb

Prezident İlham Əliyev: Ermənistan işğal dövründə bir milyondan çox mina basdırıb

Bizim dəqiq hesablamalarımıza əsasən, Ermənistan işğal dövründə bir milyondan çox mina basdırıb.

“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib ki, 2020-ci ilin noyabrında müharibə bitəndən bəri demək olar 300 azərbaycanlı mina səbəbindən ya həlak olub, ya da ciddi xəsarət alıb.

“Bizim potensial nisbətən məhduddur. Baxmayaraq ki, bu yaxınlarda biz müxtəlif ölkələrdən, o cümlədən Avropa ölkələrindən avadanlıq almışıq. Biz hətta indi havadan minanı aşkar edə bilən dronlardan istifadə edirik. Həmçinin təlim də çox vacibdir. Bu dəstəyə görə təşəkkür edirəm”, – deyə Prezident İlham Əliyev qeyd edib.

Poliqon.az

CATEGORIES