Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2023-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

“Poliqon” xəbər verir ki, sərəncama əsasən, 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988–2004-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2023-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaq.

Həmçinin, xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2023-cü il iyulun 1-dən 30-dək ehtiyata buraxılacaq.

Poliqon.az

CATEGORIES