Qarabağda növbəti mülki obyektdə silah-sursat aşkarlanıb – VİDEO

Qarabağda növbəti mülki obyektdə silah-sursat aşkarlanıb – VİDEO

Qarabağ bölgəsində yerləşən mərmər zavodunun zirzəmisində gizlədilmiş xeyli sayda silah-sursat aşkar edilib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, qanunsuz fəaliyyət göstərmiş bu mülki təyinatlı obyekt uzun müddət hərbi məqsədlər üçün istifadə olunub.

Burada müxtəlif çaplı atıcı silahlar, qumbaraatanlar, süngü bıçaqları, “Faqot” tank əleyhinə raket kompleksinin idarə olunan raketləri və digər döyüş vasitələri aşkar edilərək götürülüb.

 

CATEGORIES
TAGS